21 noyabr 2011 15:57
Xaqani Məmmədov: Diniyev çoxlu səhvlər buraxıb
AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Ramil Diniyevin Premyer Liqanın 13-cü turundakı idarəçiliyini şərh edib. Azerisport.az saytına müsahibəsində komitə sədri “Qəbələ” – “Neftçi” qarşılaşmasının baş hakimi ilə bağlı bunları dilə gətirib:
“Diniyev bu oyunda çoxlu səhvlər buraxdı. Əlavə olunmuş dəqiqələrdə meydan sahiblərinin qapısına düzgün olmayan penalti təyin etməklə yanaşı, 10-cu dəqiqədə təyin olunmalı 11 metrlik cərimə zərbəsini verməyib. Diniyevi AFFA Hakimlər Komitəsindən cəza gözləyir. Amma bu cəzanın müddəti sabah müəyyənləşəcək”.