21 noyabr 2011 16:01
Allahverdiyev də istefa verdi
"Kəpəz" Peşəkar Futbol Klubunun baş məşqçisi Mehman Allahverdiyev və komandanın məşqçilər korpusu istefa verib. Azerisport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən verilən bəyanatda bildirilir.
Məlumata görə, komandanın son turlarda uğursuz çıxışı baş məşqçini və məşqçilər korpusunu bu addamı atmağa vadar edib. Komandanın yeni baş məşqçisinin kim olacağı yaxın vaxtlarda məlum olacaq.
