21 noyabr 2011 16:41
Yunis Hüseynov Kəpəzə gəlir?
“Karvan” və “Standard”ın sabiq baş məşqçisi Yunis Hüseynov “Kəpəz”in sükanı arxasına keçə bilər. Azerisport.az xəbər verir ki, o, hazırda Gəncə klubunun baş məşqçisi postuna əsas namizədlərdən hesab olunur.
Qeyd edək ki, “Kəpəz”in baş məşqçi postu bu gün istefa verən Mehman Allahverdiyevin gedişindən sonra boşdu. Hələlik yeni baş məşqçinin kim olacağı dəqiqləşməyib.
Gəncə klubunun rəhbərliyi isə Allahverdiyevə ən yaxşı əvəzləyici kimi, məhz Hüseynov variantını götür-qoy edir.
