21 noyabr 2011 17:12
Roberto Karlos Bakıya gəlir
Dünya futbolunun tanınmış ulduzlarından biri, hazırda Rusiyanın “Anji” klubunda oynayan-məşqçi kimi fəaliyyətini davam etdirən braziliyalı futbolçu Roberto Karlos noyabrın 22-də Bakıya gələcək. Azerisport.az xəbər verir ki, xəbəri AFFA-nın rəsmi saytı yayıb.
Səfərin məqsədi FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təbliğatında iştirak etmək, turnirin təşkilati işlərinə dəstək verməkdi. Braziliyalı futbol ulduzunun səfəri noyabrın 24-də başa çatacaq.
