21 noyabr 2011 17:21
Kəpəzin baş məşqçisi müəyyənləşdi (FOTO)
"Kəpəz"in yeni baş məşqçisi məlum olub. Azerisport.az xəbər verir ki, bu, Mirbağır İsayevdi.
Bu barədə məlumatı klubun vitse-prezidenti Kamran Hüseynov verib. Onun sözlərinə görə, klubun sponsoru olan AZNUR şirkətinin rəhbərliyi ilə aparılan danışıqlardan sonra bu qərara gəlinib.
Məlumat üçün bildirək ki, Mirbağır İsayev ötən mövsüm "Abşeron" klubunda çalışıb və komandası birinci divizionu bir dəfə də məğlub olmadan qalib başa vurub. (PFL)
