21 noyabr 2011 19:16
Mirbağır İsayev: Kəpəzin uğurlu çıxışı üçün material var
“Kəpəz”in yeni baş məşqçisi Mirbağır İsayev bu təyinata münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən hələ yeni komandamla görüşməmişəm. Sadəcə, klub rəhbərliyi ilə görüşmüşəm. Hələ xüsusi heç nə deyə bilmərəm. Çünki bu mövsüm “Kəpəz”in oyunlarını demək olar ki, izləməmişəm. Həm yaxşı, həm də pis oyunları olub. Klubdakı şərait, şərtlər yaxşıdı. Uğurlu çıxış üçün də material var. Qarşıma hələ konkret vəzifə qoyulmayıb. Maksimum yaxşı nəticə göstərməyə çalışacağıq”.