21 noyabr 2011 20:30
“Qarabağla XL üzərində qələbədən sonra Qəbələyə uduzmaq bizə pis təsir etdi”
"Neftçi"nin məşqçisi Bəxtiyar Musayev klubun rəsmi sayına açıqlama verib. Azerisport.az xəbər verir ki, çalışdırıcı "Qəbələ" ilə görüş haqda danışıb:
"Qəbələ"yə məğlubiyyət üzücü oldu. "Qarabağ" üzərində əzmkar qələbədən və "Xəzər Lənkəran"ı böyük hesabla məğlub etdikdən sonra "Qəbələ"yə uduzmaq bizə pis təsir etdi. İlk hissədə Cavid Hüseynov və Cavid İmamverdiyev qol epizodlarından yararlansaydılar, qalib də gələ bilərdik. Üstəlik, 10-cu dəqiqədə rəqib futbolçunun cərimə meydançasında əllə oynadığı epizodda hakim penalti təyin etmədi. Bununla belə, irəli baxırıq. Səhvlərdən nəticə çıxarıb, gələcək oyunlarda şanslardan maksimum istifadə etmək lazımdır. Bizim heç kimin köməyinə ehtiyacımız yoxdu".
