21 noyabr 2011 11:27
“Azarkeşlərin yerinə olsaydım, mən də hakimi vurardım”
Qəbələ”nin müdafiəçisi Saşa Yunisoğlu Premyer Liqanın 13-cü turunun “Neftçi” ilə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablayıb.
- Çempiona qarşı oyununuzu necə dəyərləndirərdiz?
- Bilirdik ki, yenə səhv etmək haqqımız yoxdu. Çempona, çempionatın liderinə qarşı oynayırsansa, burda motivasiya da yüksək olur. Fatih Kavlak sağ olsun ki, son günlərdə uşaqları məhz psixoloji cəhətdən bu oyuna yaxşı hazırlamağa daha çox diqqət ayırdı. Oyuna baxanlardan hamısı bizim qələbəyə necə layiq olduğumuzu gördü.

- Bu oyuna kapitan kimi çıxmışdınız. Bu, komandanın qərarı idi?
- Mahir Şükürov bu oyunda iştirak etməyəcəyindən kimin kapitan olacağı bilinmirdi. Kavlak yaxınlaşıb, kapitan sarğısını mənə verdi. Çox şadam ki, komandamı belə vacib oyuna çıxardım və qələbə qazandıq.
- Oyun vaxtı siz hakimlə tez-tez söhbətləşməli olurduz. İdarəçilik çoxmu pis idi?
- Oyun boyu Ramil Diniyev bizim əleyhimizə çalışdı. Belə işləmək olmaz. Mən düşünürdüm ki, Azərbaycan hakimliyinin çətin dövrü arxada qalıb. Amma Diniyev göstərdi ki, hər şey qarşıdadı. Bütün qayda pozuntuları “Neftçi”nin lehinə idi. O, qonaq komandaya simpatiyası olduğunu qətiyyən gizlətmirdi. Penalti anında isə təmiz simulyasiya idi. Penalti verməsinə də artıq dözə bilmədim.

- Həmin anda niyə sarı vərəqə aldınız?
- Guya onu təhqir etmişəm. Amma onu söyməmişdim. Sadəcə, penalti olmadığını başa salmağa çalışırdım. Hələ oyundan öncə hakimlərdən xahiş etmişdim ki, ədalətli olsunlar. Axı fanatlarımız onsuz da gərgin idilər. Amma Diniyevin idarəçiliyi sanki qalmaqal yaratmaq arzusundan xəbər verirdi. Şəxsən məndə belə təəssürat yarandı.

- Oyundan sonra nə baş verdi?
- Azarkeşlər Diniyevin qərarlarına etirazlarını məhz bu cür bildirmək istədilər. Yaxşı ki, qoruyucular vaxtında mane oldular. Əgər mən də azarkeş olsaydım, hakimi vurmaq istərdim. Fərid Quliyevin penaltini vura bilməməsinə çox sevindim. Əks halda oyundan sonra nələr olardı, Allah bilir.

- “Neftçi” üzərində qələbə Toni Adamsın istefasından dörd gün sonra qeydə alındı...
- Adams getsə də, biz burdayıq. Hədəf əvvəlki kimi qalır. Qələbə yoluna qayıtmaq lazımdı. Rəhbərlik bizimlə görüşdə oyunçulara inandıqlarını bildirdi. “Qəbələ” ilk altılığa düşməlidi. Daha sonra isə medallar haqda düşünərik.
- Sabiq məşqçiniz komandayla vidalaşdı?
- Bəli, oyunçulara isti sözlər dedi. Mən onunla iş birliyimizi heç vaxt unutmayacam. O, böyük futbolçu olub, yaxşı insan idi. Ümid edirəm ki, bundan sonra onda hər şey yaxşı alınacaq.