21 noyabr 2011 12:31
Berti Foqts AFFA prezidentinə hesabat verib
Dünən – noyabrın 20-də Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüşüb. Azerisport.az xəbər verir ki, Berti Foqts ötən mövsüm ərzində milli komandada fəaliyyəti barədə AFFA prezidentinə hesabat verib.
Qeyd edək ki, Berti Foqtsun millimizin baş məşqçisi vəzifəsində müqaviləsi bu ilin sonunda başa çatacaq. Onunla müqavilənin uzadılıb-uzadılmaması ilə bağlı qərar İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunacaq.
