22 noyabr 2011 01:28

Aleksandr Starkov: Bu suala cavab verməyə hazır deyiləm

“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 13-cü turunun “Turan”la oyunundan (5:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- “Turan”la oyunu necə qiymətləndirərdiz?
- “Turan” kimi problemi olan komandalarla oynayanda, rəqibin sürpriz etməsi qətiyyən istisna olmur. Biz bu görüşdə inamlı oyun sərgiləməliydik, buna da nail olduq, üç xala sahib çıxdıq. Rəqib qapısı qarşısında çoxsaylı qol epizodları yaratdıq. Buna görə də mən təkcə hesabdan yox, həm də sərgilədiyimiz oyundan çox razı qaldım.
 
- Siz qeyd etdiniz ki, problemi olan komandalar sürpriz edə bilirlər. Sizcə, Toni Adamsın istefasından sonra “Neftçi”ni yenən “Qəbələ”dən də eyni şeyi gözləməyə dəyər?
- Azərbaycan çempionatı elədi ki, hər komandayla oyuna xüsusi hazırlaşmalısan. Burda istənilən rəqibə qarşı oynamaq çox çətindi. “Turan” üzərində qələbə asan görünə bilər. Amma buna da asanlıqla nail olmadıq. Birinci hissədə 4 qol vurduq, ikinci hissədə isə sakitləşdik. Artıq arxayınlıq yarandığından çoxsaylı qol epizodlarını sağa-sola paylamağa başladıq. İkinci hissədə hardasa 7 qol epizodu yaratdıq. Amma qol səkkizincidə vuruldu. “Qəbələ”yə gəlincə, o, başqa oyundu. Biz artıq onlarla oyunun hazırlıqlarına başlamışıq. Biz gözəl bilirik ki, bu komandaya güclü futbolçular cəmlənib. Onlar bəlkə də bu mövsüm ən yaxşı komplektləşmiş heyətə malikdilər. Odu ki, çətin olacaq.

- Amma bu komanda hələ də Adamsın oyun üslubu ilə çıxış edir...
- Mən hələ onların son oyundakı heyətlərini görməmişəm. Əlbəttə, biz rəqibin oyununu tam analiz edəcəyik. Qorxuram ki, orda böyük dəyişiklik olmasın.
 
- Artıq neçənci oyundu ki, “Bakı” ilk yarıda 2-4 qol vurduğu halda, fasilədən sonra susur. Qorxmursuz ki, bu, gec-tez pis nəticələnə bilər?
- Şübhəsiz. Mən əminəm ki, bütün məşqçilər fasilədə yetirmələrinə “sakitləşməyin” deyirlər. “Turan”la oyunda da eyni hal təkrarlandı, futbolçularım ikinci yarıda sakitləşdilər. Məsələn, Jabanın, İbrahim Karqbonun qol vurmaq üçün əla şansları oldu. Şəhriyar Əliyev də möhtəşəm şansı boşa verdi. Heç bir məşqçi konsentrasiyanın bu şəkildə itirilməsini arzulamır.

- Amma bu, çox tez-tez təkrarlanır...
- Belə şeylərdən qaçmaq üçün daim Çempionlar Liqasının “Milan” – “Liverpool” matçını yada salıram. Hər halda superfutbolçuların, superməşqçilərin duelində belə şeylər baş verirsə, buna hamı hazır olmalıdı.
 
- Latviya yığması ilə müqavilənizin müddəti başa çatır. Planlarınız necədi?
- Mənim planlarım “Bakı” ilə bağlıdı. Əgər hansısa dəyişiklik olsa, baxacağıq.
 
- Hər halda bilmək istərdik ki, Latviya Futbol Federasiyası ilə yeni müqavilə bağlayacaqsızmı?
- Mən bu suala cavab verməyə hazır deyiləm.

- Sizin iki cəbhədə işləməyiniz hansısa problem yaratmır?
- Söyləmək çətindi. Hər halda çempionatın sonuna kimi mənim bütün fikirlərim “Bakı” ilə bağlıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.