Milan Barcelonaya uduzdu, Valencia 7:0-la keçdi (YENİLƏNİB)
A qrupunda lider "Bayern" hələ də xal üzünə həsrət qalan "Villarreal"ı qəbul edib. Almaniya klubu növbəti qələbəsini qazanaraq pley-offa vəsiqə qazanıb. Bu komanda həmçinin qrup liderliyini də təmin edib. Bununla da "Villarreal" 5-ci oyunu da məğlubiyyətlə başa vurub. Qrupun digər oyununda "Napoli" "Manchester City"ni qəbul edib. İtaliya klubu 2:1 hesabı ilə qalib gələrək ikinci pilləyə yüksəlib. Bu qrupda 2-3-cü yerlərin sahibləri sonuncu turda baş tutacaq "Manchester City" - "Bayern" və "Villarreal" - "Napoli" oyunlarında müəyyənləşəcək.
B qrupunda "İnter" liderliyi və növbəti mərhələyə vəsiqəni təmin edib. İtaliya klubu Türkiyədə "Trabzonspor"un qonağı olub və meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. Bununla da xal hesabını 10-a yüksəldən "İnter" rəqibləri üçün əlçatmaz olub. "Trabzonspor" isə 6-cı xalını qazanaraq ikinci pilləyə yüksəlib. Moskvada CSKA-nın qonağı olan "Lille" isə iki cavabsız qolla ilk qələbəsini qazanıb. Bu qrupda 2-3-cü yerin sahibləri sonuncu turda baş tutacaq "İnter" - CSKA və "Lille" - "Trabzonspor" oyunlarında müəyyənləşəcək.
C qrupunda liderlər - "Manchester United"lə "Benfica" qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb və komandalar turnir cədvəlindəki mövqelərini qoruyublar. Bu vəziyyət ən çox "Basel"in işinə yarayıb. Rumıniyada "Otelul"u yenərək xal hesabını 8-ə yüksəldən bu komanda şansını artırıb. Bu qrupda bütün vəsiqələrin taleyinə sonuncu turda keçiriləcək "Basel" - "Manchester United" və "Benfica" - "Otelul" oyunlarında aydınlıq gələcək.
D qrupunda yarışan Çempionlar Liqasının yeganə itkisiz komandası "Real" yenə qələbə qazanıb. "Neftçi"nin qənimi "Dinamo"nu qəbul edən "Kral Klubu" 6:2 hesabı ilə qalib gəlib. Zaqreb təmsilçisi bu oyunda ilk qollarına imza atıb. Qrupun digər oyunu isə ikincilik baxamından önəmli olub. Lion "Olympique"i "Ajax"ı qəbul edib və meydandan 0:0 hesablı bərabərliklə ayrılıb. B qrupda 2-3-cü yerlərin taleyinə sonuncu turun "Ajax" - "Real" və "Dinamo" - "Olympique" oyunlarında aydınlıq gələcək.
Qeyd edək ki, 4-cü tura sabah yekun vurulacaq. E, G, F və H qruplarında 8 matç baş tutacaq.
| Bayern M | 5 | 4 | 1 | 0 | 11 | 4 | 13 |
| Napoli | 5 | 2 | 2 | 1 | 2 | 6 | 8 |
| Manchester City | 5 | 2 | 1 | 2 | 7 | 6 | 7 |
| Villarreal | 5 | 0 | 0 | 5 | 2 | 12 | 0 |
| Inter | 5 | 3 | 1 | 1 | 7 | 5 | 10 |
| Trabzonspor | 5 | 1 | 3 | 1 | 3 | 5 | 6 |
| Lille | 5 | 1 | 2 | 2 | 6 | 6 | 5 |
| CSKA M | 5 | 1 | 2 | 2 | 7 | 7 | 5 |
Manchester United (İngiltərə) – Benfica (Portuqaliya) - 2:2 (1:1)
| Benfica | 5 | 2 | 3 | 0 | 7 | 4 | 9 |
| Manchester United | 5 | 2 | 3 | 0 | 10 | 6 | 9 |
| Basel | 5 | 2 | 2 | 1 | 9 | 9 | 8 |
| Otelul | 5 | 0 | 0 | 5 | 3 | 10 | 0 |
Olympique (Lion, Fransa) - Ajax (Hollandiya) - 0:0 (0:0)
| Real | 5 | 5 | 0 | 0 | 16 | 2 | 15 |
| Ajax | 5 | 2 | 2 | 1 | 6 | 3 | 8 |
| O. Lion | 5 | 1 | 2 | 2 | 2 | 6 | 5 |
| Dinamo Z | 5 | 0 | 0 | 5 | 2 | 15 | 0 |
Bayer (Almaniya) – Chelsea (İngiltərə) - 2:1 (0:0)
| Bayer | 5 | 3 | 0 | 2 | 7 | 7 | 9 |
| Chelsea | 5 | 2 | 2 | 1 | 10 | 4 | 8 |
| Valencia | 5 | 2 | 2 | 1 | 12 | 4 | 8 |
| Genk | 5 | 0 | 2 | 3 | 1 | 15 | 2 |
Arsenal (İngiltərə) - Borussia (Dortmund, Almaniya) - 2:1 (0:0)
| Arsenal | 5 | 3 | 2 | 0 | 6 | 3 | 11 |
| O. Marsel | 5 | 2 | 1 | 2 | 4 | 2 | 7 |
| Olympiakos | 5 | 2 | 0 | 3 | 5 | 5 | 6 |
| Borussia D | 5 | 1 | 1 | 3 | 4 | 9 | 4 |
Zenit (Rusiya) - APOEL (Kipr) - 0:0 (0:0)
| APOEL | 5 | 2 | 3 | 0 | 6 | 4 | 9 |
| Zenit | 5 | 2 | 2 | 1 | 7 | 5 | 8 |
| Porto | 5 | 2 | 1 | 2 | 7 | 7 | 7 |
| Şaxtyor | 5 | 0 | 2 | 3 | 4 | 8 | 2 |
BATE (Belarus) - Viktoria (Çexiya) - 0:1 (0:1)
| Barcelona | 5 | 4 | 1 | 0 | 16 | 4 | 13 |
| Milan | 5 | 2 | 2 | 1 | 9 | 6 | 8 |
| Viktoria | 5 | 1 | 1 | 3 | 2 | 9 | 4 |
| BATE | 5 | 0 | 2 | 3 | 2 | 10 | 2 |
