22 noyabr 2011 14:02
Murad Ağakişiyevə dörd oyunluq cəza
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Azərbaycan birinci divizionunun da son turu ilə bağlı qərarlar çıxarılıb. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra bunlar qərara alınıb:
“Şəmkir” – “Lokomotiv” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şəmkir” – “Lokomotiv” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Neftçala” – “Karvan” matçında “Neftçala”nın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Karvan”ın futbolçusu Murad Ağakişiyev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
“Qarabağ Lökbatan” – “Şahdağ” matçının 52-ci dəqiqəsində “Şahdağ”ın futbolçusu Yusif Yusifzadə meydandan kənarlaşdırıldıqdan sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
MOİK – “Muğan” matçında “Muğan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
