22 noyabr 2011 14:28
AFFA rəsmisi UEFA-nın iclasına dəvət olundu
Noyabrın 23-də, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Futzal və Çimərlik Futbolu Komitəsinin yeni seçkilərdən sonra ilk iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA da təmsil olunacaq.
Belə ki, AFFA-nın İnfrastruktur və İT üzrə direktoru, UEFA-nın qeyd olunan komitəsinin üzvü Elnur Məmmədov iclasda iştirak edəcək. Məlumatı qurumun rəsmi saytı yayıb.
