22 noyabr 2011 16:00

“Təbii ki, biz də yeni transferlər haqqında düşünürük”

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma azarkeşləri önündə son çempion “Neftçi”ni məğlub edən “Qəbələ” turnir cədvəlinin altıncı pilləsinə yüksəldi. Azerisport.az xəbər verir ki, Toni Adamsın yerinə “Qəbələ”yə baş məşqçi təyin olunan Fatih Kavlak ilk sınaqdan üzüağ çıxdı.
 
Türkiyəli futbol mütəxəssisi açıqlamasında “Neftçi”ni məğlub etməklə komandanın üzərindəki psixoloji gərginliyin aradan qalxdığını düşünür: “Son turlar komanda sabit oyun nümayiş etdirə bilmirdi. Buna görə də futbolçular üzərində psixoloji gərginlik var idi. “Neftçi” ilə oyuna çox yaxşı hazırlaşmışdıq. Oyunun gedişində əldə etdiyimiz üstünlüyü sona qədər qoruya bildik və qalib gəldik. Həmin oyunda nəinki meydanda olan futbolçulardan, bütün komandadan çox razı qaldım. Çempionatda çıxış edən digər 10 komandadan soruşsaydılar ki, bu tur hansı komanda ilə oynamaq istəməzsiniz, onlar “Neftçi” və “Qəbələ” cavabını verərdilər. Çünki, “Neftçi” ondan əvvəlki turda lider “Xəzər Lənkəran” üzərində inamlı qələbə qazanmışdı və lənkəranlılar “Rəvan” ilə heç-heçə etdikdən sonra “Neftçi” tam gücü ilə oynayıb zirvəyə yüksəlməyə çalışacaqdı. “Qəbələ”də isə məşqçi dəyişikliyi olmuşdu, komanda üzərindəki psixoloji gərginliyi atmaq üçün qalib gəlmək istəyirdi”.
 
Fatih Kavlak “Neftçi” ilə oyunda əvvəllər mütəmadi şəkildə əsas heyətdə yer alan 4 futbolçunun oynamadığını vurğuladı: “Mən uzun müddətdi ki, “Qəbələ”də çalışıram. Ona görə də komanda ilə yaxından tanışam. Futbolçulardan kim formada olsa meydana çıxa biləcək. Klubumuzun baş meneceri Zaur Əzizov ilə tez-tez söhbət edirik. Təbii ki, biz də yeni transferlər haqqında düşünürük. Ancaq hansı mövqeyə oyunçu axtardığımızı açıqlamayacam. Çünki, bunu düzgün hesab etmirəm. Ola bilər ki, istədiyimiz oyunçunu tapa bilmərik və heç bir yeni transfer olmaz”.
 
“Qəbələ”nin yeni baş məşqçisi növbəti turda “Bakı” ilə qarşılşacaqları oyun haqqında da öz fikirlərini bildirib: “Səfərdə ”Bakı” ilə oyun çətin olacaq. Bu oyuna da yaxşı hazırlaşmalıyıq. Çalışacağıq ki, “Neftçi” üzərində əldə etdiyimiz qələbədən sonra uğurların ardını da gətirək. Bir tur qalib gəlib, 2-3 tur məğlub olmaq həm “Qəbələ”nin heyətindəki futbolçuların gücünə, həm də hədəflərimizə uyğun deyil. 1-2 tur əvvəl “Bakı” ilə qarşılaşsaydıq, onlar bəlkə də bizə yuxarıdan baxa bilərdilər. Ancaq indi deyəcəklər ki, “Neftçi”ni məğlub ediblər, ona görə də daha yaxşı hazırlaşmalıyıq. Bu oyunun hər iki komandanın tam gücünü ortaya qoyacağı gərgin bir qarşılaşma olacağını düşünürəm”. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.