22 noyabr 2011 17:11
“Ola bilsin ki, baş məşqçi mənə tam güvənmir”
Futzal üzrə UEFA Kubokunun elit raundunda İspaniyanın “Barcelona” klubunun qapısına qol vurmaqla diqqət mərkəzinə düşən Azərbaycan çempionu “Araz”ın oyunçusu Rəcəb Fərəczadə komandasının və özünün çıxışını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Təbii ki, “Barcelona”ya qarşı oynamaq çox çətin idi. Elə rəqibin adı hər şeyi deyir. Onların büdcəsi də, komandası da bizdən daha yüksəkdədi. Onlardan öncəki rəqiblərimizlə görüşlərdə zəif təsir bağışladıq. Xüsusilə də, “Chrudim”lə oyunda. Məhz həmin oyundan sonra çox istəyirdik ki, “Araz”ın Avropanın ən güclü klublarından olduğunu heç olmasa “Barcelona” ilə oyunda sübut edək. Matçın sonlarında onların baş məşqçisinin necə əsəbləşdiyini görmək çətin deyildi. Azarkeş dəstəyi də onların tərəfindəydi. Hakim də rəqib xeyrinə çalışırdı. Düzdü, biz də mini-futbolu yaxşı bacarırıq. Amma hər halda “Barcelona” bütün komponentlərdə güclü olan bir rəqibdi. Oyundan öncə şanslarımız çox az qiymətləndirilirdi, bukmekerlər heç bizə ümumiyyətlə inanmırdılar. Onu deməliyəm ki, bizə güclü rəqiblərlə oyunların azlığı mane olur. Məsələn, Azərbaycan çempionatında bizim rəqibimiz yoxdu. İspaniyada isə hər şey tam fərqlidi, güclü çempionat keçirilir. Məni vurduğum qoldan daha çox komandamızın qələbəsi sevindirə bilərdi. Vurduğum qol gözəl alınmasa da, hər halda oyunun gedişini dəyişdi. Bizim də əsas hədəfimiz uduzmamaq idi. Yenə deyirəm, qələbə qazansaydıq, vurduğum qola daha çox sevinərdim”.

Fərəczadə daha çox ehtiyada qalmasına da münasibət bildirib: “İlk görüşdə mən ümumiyyətlə oynamadım. Ola bilsin ki, baş məşqçi mənə tam güvənmir. Şəxsən bu elit raund mənim lehimə işlədi. Əgər şansımdan istifadə edə bilməsəydim, Azərbaycan yığmasının da heyətinə düşə bilməyəcəkdim. Hələ AÇ-2012-yə kimlərin gedəcəyi bilinmir. Amma çox ümid edirəm ki, orda mənim də adım olacaq”.