22 noyabr 2011 17:23
Mərkəzi oyunlar şənbə günü baş tutacaq
Futbol üzrə Azərbaycan Premyer Liqasının 14-cü turunun oyunlarının başlama vaxtı və keçiriləcəyi stadionlar məlumdu. Azerisport.az növbəti turun proqramı ilə sizi də tanış edir.
Qeyd edək ki, 14-cü tur cümə günü start götürəcək. Həm ilk oyun günündə, həm də şənbə günü 3 görüş baş tutacaq.
Premyer Liqa
14-cü tur
25 noyabr (cümə)
"Kəpəz" - "Turan"
Gəncə şəhər stadionu. Saat 14:00
"Sumqayıt Şəhər" - "Rəvan"
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 14:00
"Simurq" - "Xəzər Lənkəran"
Zaqatala şəhər stadionu. Saat 16:00
26 noyabr (şənbə)
"Bakı" - "Qəbələ"
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 13:30
"Qarabağ" - "Neftçi"
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00
"İnter" - AZAL
"Şəfa" stadionu. Saat 18:00
