22 noyabr 2011 17:40
Foqts və baş katib təqvimin müzakirəsinə gedir
Xəbər verdiyimiz kimi, noyabrın 25-də, Lüksemburqda DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsi məqsədilə görüş keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak edəcəklər.
Artıq bu məlumatı AFFA da təsdiqləyb. Xatırladaq ki, bu qrupda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq milli komandaları mübarizə aparacaq.
