22 noyabr 2011 11:25

Şahin Diniyev: Onlar milliyə lazım deyil

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev azerisport.az saytının bir sıra suallarını cavablandırıb.
 
- Siz yığmaya rəhbərlik edərkən bir neçə legioner milliləşdirilərək komandamıza cəlb olunmuşdu. İndi bu məsələyə necə yanaşırsız?
- Legionerlərin milliləşdirilməsi prosesi əksər yığmalarda var. Əgər hansısa əcnəbi futbolçu ölkəsinin yığmasına çağırılmırsa, yerli futbolçudan güclüdürsə, onu milliyə dəvət etmək olar. Amma səviyyəli futbolçu olmaq şərti ilə. Əgər yadınızdadırsa, mənim dövrümdə Muzıka, Ladaqa, Qomeş, Pereyra milliləşdirilmişdi. Fikrimcə, bu, səhv addım idi.

- Kimlər ümidləri doğrultdu?
- Daha çox Çertoqanovla Subaşiç. Saşa daim yığmaya dəvət olunur. Bane də yenicə qayıdıb.
 
- Əgər imkanınız olsaydı, kimi milliləşdirmək istərdiz?
- Bizdə elə oyunçular var ki, onlar üçün rəqabət lazım deyil. Məsələn, Rəşad Sadıqov ən yaxşı müdafiəçilərdəndi. Əfran İsmayılovla Rauf Əliyev gözəl oynayır. Onların mövqeyinə kimisə dəvət etməyə ehtiyac da yoxdu. Bu, böyük səhv ola bilər.
 
- Amma buna baxmayaraq, hazırda bir neçə legionerin milliləşdirilməsi haqda müzakirələr gedir...
- Mən də eşitmişəm ki, kimlərisə çağırmaq istəyirlər. Düzünü desəm, mən daha çox Flavinyoya razı olardım. Təbii ki, o yığmaya kömək edə biləcək səviyyədədi. Milliləşdirmə ondan ötrü edilir ki, hansısa boşluğu aradan qaldırasan. Flavinyo da bu baxımdan yaxşı tapıntıdı.

- Bəs Alessandro?
- Bizdə artıq Elnur Allahverdiyevlə Ufuk Budak var. Əgər belə futbolçularımız varsa, legioner dəvət etməyə dəyməz. Bu, ədalətsiz qərar olacaq. Özü də Alessandro bizimkilərdən elə də güclü deyil. Elə də kəskin fərqlənmir ki, buna ehtiyac olsun.
 
- Saşa Stamenkoviçlə bağlı nə düşünürsüz?
- Qapıçı bizim nəyimizə lazımdı? Gəlin düzünü danışaq. Bizdə onsuz da Kamran Ağayev var. Andrey Popoviç kimi əvəzələyicisi var. Səlahət Ağayev də ehtiyatdadı. Təbii ki, bu, mənim fikrimdi. Son qərarı AFFA verəcək.
 
- “Qarabağ”dan Leandro Roşa yığmaya kömək edə bilər?
- Roşa da Flavinyo ilə eyni mövqedə çıxış edir. Ən yaxşısı hansıdısa, onu seçməliyik.

- Yeri gəlmişkən, yeni baş məşqçi yerli, yoxsa əcnəbi olmalıdı?
- Hesab edirəm ki, indiki anda özümüzkülərə üstünlük verilməlidi. Türkiyəyə baxın: Hiddink heç nəyə nail ola bilmədi, dərhal Abdulla Avcını dəvət etdilər. Ruud Qullit “Terek”də cəmi bir neçə ay işləy bildi. Amma bizə hər şeydən daha çox oyunçu materialı haqda düşünmək lazımdı, daha sonra baş məşqçi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.