22 noyabr 2011 11:41
Kəpəzin prezidenti də istefaya gedə bilər
“Kəpəz”də daha bir istefa gözlənilir. Azerisport.az xəbər verir ki, Gəncə klubunun prezidenti Elmir Əliyev də vəzifəsindən gedə bilər.
Buna klubun cari mövsümkü çıxışının heç də uğurlu olmaması səbəb göstərilir. Hələlik onu kimin əvəzləyəcəyi dəqiq bilinmir.
Qeyd edək ki, komandanın uğursuz çıxışı artıq dünən baş məşqçi Mehman Alllahverdiyevin postundan getməsiylə nəticələnib. Onun yerinə isə Mirbağır İsayev təyin olunub.
