22 noyabr 2011 11:52
DÇ-2012 Azərbaycan üçün yerli tərəfdaş
2012-ci ildə Azərbaycanda keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının yerli tərəfdaşlarından biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, ölkənin aparıcı banklarından olan Xalq Bankdı.
Əməkdaşlıq müqaviləsi FIFA-nın baş ofisində, İsveçrənin Sürix şəhərində imzalanacaq. FIFA çempionatları həm FIFA partnyorları, həm də yerli tərəfdaşlar tərəfindən dəstəklənir. Qeyd edək ki, FIFA-nın rəsmi partnyorları SONY, Adidas, VISA, Emirates, Hyundai və Coca-Cola şirkətləridi.
FIFA U-17 qadınlararası dünya çempionatı 22 sentyabr - 13 oktyabr 2012-ci il tarixləri arasında Azərbaycanda keçiriləcək. Çempionat zamanı 16 ölkənin 17 yaşadək qadınlardan ibarət komandaları qarşılaşacaq. Bu, Avropada keçiriləcək ilk U-17 qadınlararası dünya çempionatıdı və Azərbaycanda təşkil olunacaq ən böyük futbol tədbiridi.
