22 noyabr 2011 12:06
Millimizin kapitanı və baş məşqçisi ilin ən yaxşılarını seçdi
Qadınlardan ibarət komandalarda ilin ən yaxşı baş məşqçisinin və ən yaxşı qadın futbolçusunun müəyyənləşdirilməsi məqsədilə FİFA tərəfindən milli komandaların baş məşqçiləri və kapitanları arasında sorğu keçirilir. Azerisport.az xəbər verir ki, bu sorğuda 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Raytla yığmanın kapitanı Şəfəq Nəsirovanın hansı məşqçilərə və futbolçulara səs verdiyi məlum olub.
Bu barədə məlumatı AFFA-nın rəsmi saytı yayıb. Məlumatda onların aşağıdakı futbolçulara və baş məşqçilərə səs verdiyi bildirilir:
Sissi Rayt (Azərbaycan U-17 (qızlar) yığmasının baş məşqçisi)
Futbolçular:
1. Schelin Lotta – İsveç
2. Marta – Braziliya
3. Wambach Abby – ABŞ
Məşqçilər:
1. Sasaki Norio – Yaponiya milli komandası
2. Sundhage Pia – ABŞ milli komandası
3. Dennerby Thomas – İsveç milli komandası
Şəfəq Nəsirova (Azərbaycan U-17 (qızlar) yığmasının kapitanı)
Futbolçular:
1. Marta – Braziliya
2. Wambach Abby – ABŞ
3. Sawa Homare – Yaponiya
Məşqçilər:
1. Sasaki Norio – Yaponiya milli komandası
2. Vilda Jorge – İspaniya U-17 yığması
3. Dennerby Thomas – İsveç milli komandası
