22 noyabr 2011 12:27

“Həmin oyunda baş verənlər bir qəza idi”

“Qarabağ” bazar günü Premyer Liqanın 13-cü turunda “İnter”lə bərabərə qaldı. Azerisport.az xəbər verir ki, bu oyunla bağlı maraqlı bir məqam 3 aydan çoxdu sıradan çıxan Zaur Həşimovun yenidən meydana çıxması oldu.
 
Maraqlıdı ki, 30 yaşlı müdafiəçi “Qarabağ”ın avqustun 8-də, cari mövsüm ilk matçında məhz “İnter”lə oyunda sıradan çıxmışdı. Rəşad Sadıqovun yoxluğunda Admir Teliylə Zaurun təşkil etdiyi tandem rəqibə qol imkanı vermədi. Klubun rəsmi saytına danışan Zaur ümumi təəssüratlarını bölüşüb:
 
“İnter”lə çətin oyuna çıxmışdıq. Rəqib son zamanlar məğlub olmadan irəliləyirdi. Demək olar ki, 90 dəqiqə mübarizə şəraitində keçdi. Düzdü, qələbə qazana bilmədik. Amma qazandığımız 1 xalın bizə sonda çox faydası ola bilər. Mənim özümə gəlincə, heç bir həyəcan yox idi. Düzdü, 3 aydan çoxdu meydana çıxmırdım. Amma bunun elə də təsiri olmadığını düşünürəm. Ən çox zədəli “İnter”də çıxış edərkən hardasa 4 ay futbol oynamamaışdım. Bu, ikinci belə haldı. İstər-istəməz uzun ayrılıqdan sonra futbol üçün darıxırsan. “İnter”ə qol epizodu verməməyimiz sadəcə müdafiəçilərin əməyi deyil. Müasir futbolda müdafiə olunmağı bacarmaq lazımdır”.

Zaur qarşıdan gələn “Neftçi”ylə oyuna da toxunub: “İlk oyunda baş verənlər bir qəza idi. İnanmıram ki, bu dəfə 2:0 önə keçsək yenidən 3 top buraxaq. Həmişə “Neftçi”ylə oyunlarımız maraqlı keçir. Bu dəfə də inanıram ki, eyni durumun şahidi olacağıq. Əlbəttə, oyunda qələbə qaləbə qazanmaq istəyirik. 3 xal bizi yenidən zirvəyə yaxınlaşdıracaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.