23 noyabr 2011 01:08
AZAL-ın legioneri sıraya döndü
Ötən həftə keçirilən məşqlərin birində zədələnən AZAL-ın litvalı legioner Mindauqas Daunoraviçyus artıq heyətə qayıdıb. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, qısa sürən müalicə prosesindən sonra müdafiəçi ötən gündən fərdi məşqlərə başlayıb. Klubun həkimlərinin razılığına əsasən o iki gündən sonra kollektivlə birgə hazırlığa başlayacaq. Hətta Mindauqasın "İnter"lə oyuna kimi tam hazır olacağı da istisna olunmur.
