23 noyabr 2011 13:09

Azərbaycan yığması 4 pillə irəlilədi

FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi bu dəfəki reytinq cədvəlində irəliləyib.
 
Belə ki, Berti Foqtsun çalışdırdığı komandamız 4 pillə irəliləyərək 113-cü sıraya yüksəlib. Xallarının da sayını artıran (+35) millimiz hazırda 300 xala malikdi.
 
Yığmamızın DÇ-2014-dəki rəqiblərinə gəlincə, Portuqaliya 1100 xalla 7-cidi və ötən ayla müqayisədə bir pillə irəliləyib. Elə Rusiya da bir pillə irəliləyib və 971 xalla 12-ci sırada qərarlaşıb. İsrail də ötən ayla müqayisədə minimal irəliləyişə nail olub və 665 xalla 37-cidi. Şimali İrlandiya millisi 5 pillə geriləyib. Bu ölkənin yığması hazırda 403 xalla 89-cudu. Ən pis nəticə isə Lüksemburqa məxsusdu. Bu komanda 9 pillə geriləyərək  252 xalla 127-ci sırada qərarlaşıb.
 
Bütövlükdə isə, reytinq siyahısına yenə İspaniya başçılıq edir. Ümumiyyətlə, ilk dördlükdə ötən ayla müqayisədə heç bir dəyişiklik olmayıb: İspaniya - 1564, Hollandiya - 1365, Almaniya - 1345, Uruqvay - 1309. İngiltərə iki pillə irəliləyərək 1173 xalla 5-ci olub. Braziliya bir pillə geriləyib və hazırda 1143 xalla altıncı sırada qərarlaşıb. Portuqaliya 7-ci (1100), Xorvatiya 8-ci (1091), İtaliya 9-cu (1082), Argentina 10-cudu (1067 xal).
 
Qeyd edək ki, növbəti reytinq cədvəli dekabrın 21-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.