23 noyabr 2011 13:28
Azərbaycan Çin və Finlandiya ilə eyni qrupda
2012-ci il yanvarın 4-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində 1994-cü il təvəllüdlü futbolçulardan ibarət komandalar arasında keçiriləcək Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV beynəlxalq turnirin püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, artıq qrupların tərkibi müəyyənləşib. Azərbaycan yığması Çin və Finlandiyaya rəqib olub.
Bütün qrupların tərkibi ilə aşağıda tanış ola bilərsiz:
A qrupu: Rusiya, Belarus, Litva
B qrupu: Çin, Finlandiya, Azrbaycan
C qrupu: İtaliya, Yunanıstan, Ukrayna
D qrupu: Çexiya, Türkiyə, Latviya
