23 noyabr 2011 14:32
Berti Foqtsdan daha bir seleksiya xarakterli toplanış
Futbol üzrə Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, dekabrın 5-dən 8-dək Bakı şəhərində Azərbaycan milli komandasının seleksiya xarakterli təlim-məşq toplanışı keçiriləcək. Toplanışa dəvət olunacaq futbolçular barədə hələlik heç bir məlumat verilmir.
