23 noyabr 2011 14:53
“Qəbələ ilə oyuna qalib gəlmək üçün çıxacağıq”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda doğma azarkeşləri önündə “Turan”ı məğlub edərək turnir cədvəlinin dördüncü pilləsinə yüksələn “Bakı” klubunda hazırlıqlar planlı şəkildə davam edir. Azerisport.az xəbər verir ki, bu barədə məlumat verən “Bakı”nın meneceri Kamran İsmayılov komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirir:
“Bəzi futbolçularda yüngül zədələr olsa da, “Qəbələ” ilə oyunda meydana çıxa bilməyəcək ciddi zədəli oyunçu yoxdu. Biz istənilən oyuna qələbə qazanmaq üçün çıxırıq, həmçinin “Qəbələ” ilə oyuna da qalib gəlmək üçün çıxacağıq”. (PFL)
