23 noyabr 2011 02:22
Karlosun ölkəmizə səfəri alınmadı
Rusiyanın “Anji” klubunun braziliyalı oynayan-məşqçisi Roberto Karlosun ölkəmizə səfəri baş tutmayıb. Azerisport.az xəbər verir ki, arlos güclü soyuqladığı üçün həkimlərin tövsiyəsinə əsasən Bakıya gələ bilməyib.
Bununla əlaqədar braziliyalı futbolçu AFFA-nın rəsmi saytına fikirlərini bildirib: “Çox təəssüf ki, Azərbaycana səfərim alınmadı. Mənə Bakı şəhərinin və Azərbaycanın gözəlliyi haqda çox danışıblar. Səfərdən imtina etmək məcburiyyəti qarşısında qaldığım üçün üzr istəyirəm. Söz verirəm ki, ilk fürsətdəcə Azərbaycana gələcək və hər kəsi futbolunuzun 100 illik yubileyi münasibətilə şəxsən təbrik edəcəyəm. Bildiyim qədər, Azərbaycanda mənim xeyli pərəstişkarım var”.
