23 noyabr 2011 16:42
Mahir Şükürovu ən azı 3 ay diskvalifikasiya gözləyir
“Qəbələ”nin yarımmüdafiəçisi Mahir Şükürov hələ də UEFA-nın yekun qərarını gözləyir. Azerisport.az xəbər verir ki, onunla bağlı dopinq-testin analizləri müsbət cavab versə, o zaman 29 yaşlı futbolçunu 3 aylıq diskvalifikasiya gözləyir.
Onun maddi cəhətdən də cərimələnməsi istisna olunmur. Bundan daha sərt cəza isə 18 aydan 24 ayadək olan diskvalifikasiyadı ki, Şükürovun da bu formada cəzalanması gözlənilmir.
Sonda onu da bildirək ki, artıq futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts da Mahirə kömək etməyə söz verib.
