23 noyabr 2011 17:42
Məmmədov və Foqts ilə yanaşı Lüksemburqa Nəsirov da gedəcək
Xəbər verdiyimiz kimi, noyabrın 25-də, Lüksemburqda DÇ-2014-ün seçmə mərhələsinin F qrupunun təqviminin müzakirəsi məqsədilə görüş keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts iştirak edəcəyi bildirilirdi.
Lakin onlarla yanaşı daha bir AFFA rəsmisinin Lüksemburqa gedəcəyi bildirilir. Belə ki, federasiyanın vitse-prezidenti Elşad Nəsirov da Məmmədov və Foqtsa yol yoldaşı olacaq.
Xatırladaq ki, bu qrupda Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya, Azərbaycan və Lüksemburq milli komandaları mübarizə aparacaq.
