23 noyabr 2011 18:02
Amit Türkiyədə növbəti qələbəyə sevindi
Türkiyənin Bank Asya birinci liqasında 12-ci turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası evdə “Adanaspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.
Komandasının əsas heyət oyunçularından birinə çevrilən Amit nədənsə, bu dəfə oyuna ehtiyat oyunçular skamyasında başlayıb. Baş məşqçi Fikret Yılmaz onu yalnız 89-cu dəqiqədə meydana buraxıb.
Kayseri təmsilçisi bu oyunun ardından xallarının sayını 25-ə çatdıraraq, vahid liderliyi ələ keçirib.
Türkiyə Bank Asya birinci liqası
12-ci tur
23 noyabr
Kayseri Erciyesspor – Adanaspor – 2:1
Qollar: Gökhan Kaba, 20, Serkan Atak, 63 - Mbilla Etame, 52.
