23 noyabr 2011 20:07
“Qarabağla oyuna da qələbə üçün çıxacağıq”
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatının 13-cü turunda ən yaxın izləyicisi “Qəbələ” ilə səfərdə heç-heçə edən “Neftçi” turnir cədvəlində vahid liderliyini qoruya bildi. Azerisport.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi Elşad Əhmədov komandanın hazırlıqları barədə bunları dilə gətirib:
“Ötən tur “Qəbələ” ilə oyuna yaxşı hazırlaşmışdıq. Çox maraqlı oyun oldu. Ümumilikdə, oyun boyu üstünlük bizim tərəfimizdə idi. İkinci hissəyə pis başlasaq da, nəticədə məğlub olmadıq. Futbolçularım sona qədər mübarizə apardılar. “Neftçi” həmişə meydana qələbə qazanmaq üçün çıxır. “Qarabağ”la oyuna da qələbə qazanmaq üçün çıxacağıq. Komandanın heyətində iki futbolçu - Ağabala Ramazanov və Malik Babayev cəzalı olduqlarından növbəti oyunda meydana çıxa bilməyəcəklər”.