23 noyabr 2011 11:18
Fatih Kavlak: Qəbələ böhrandan çıxmağa borcludu
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 13-cü turunun “Neftçi” ilə oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- “Qəbələ”ni baş məşqçi kimi meydanda çıxardığınız oyunda qələbəyə sevindiniz. Təəssüratlarınız necədi?
- Mən ilk matçımdaca qələbə qazandığımıza görə çox şadam. Hamı bilir ki, rəqibimiz nə dərəcədə güclüdü. “Neftçi” son ölkə çempionu olmaqla yanaşı, həm də bu mövsüm titula əsas namizədlərdəndi. Belə rəqibə qarşı oynamaq həmişə çətind. Amma “Qəbələ” bu komanda ilə görüşdə əla oynadı, 3 xala da layiq idi.

- Mübahisəli penalti epizodu barədə nə deyərdiz?
- Bu haqda danışmaq istəməzdim. Hakimlərin qərarını müzakirə etmirəm. Onsuz da hamı hər şeyi gördü.
- Siz indiyə kimi daha çox həvəskar komandalarda çalışmışdız. Bu, sizə kömək, yoxsa mane olur?
- Hə, Türkiyədə həqiqətən peşəkar komandalarda çalışmamışdım. Amma baş məşqçi köməkçisi kimi çalışdığım komandalar var: “Qarabağ”, “Qəbələ”. Komandamızın hazırkı gücünə çox yaxşı bələdəm, yaxşı da tanıyıram.
- Bəs təyinatınızın müddəti barədə nə düşünürsüz?
- Bu suala mən cavab verə bilmərəm. Rəhbərlik komandaya rəhbərlik etməyi mənə tapşırdı. Bunun nə qədər çox davam edəcəyinə isə rəhbərlik qərar verəcək. İstənilən halda heç kim bir işdə əbədi qalmır. Odu ki, bu məsələyə normal yanaşmaq lazımdı.
- Toni Adamsla “Qəbələ” son turlarda çox uğursuz çıxış edirdi...
- Toni Adams haqda da danışmaq istəməzdim. Bu, etik cəhətdən düzgün olmazdı. Mən dəqiq səbəbini bilməsəm də, pis oynadığımız dəqiq idi. Mövsümün əvvəlində bizə medalların əsas iddialılarından biri kimi baxırdılar. Amma hər şey dəyişib.
- “Qəbələ”də sizin rəhbərliyiniz altında hansısa dəyişiklik gözlənilirmi?
- Taktikada müəyyən dəyişikliklər gözlənilir. Əsas komanda ruhudu. “Neftçi” üzərində qələbədən sonra eyforiyaya qapılmaq lazım deyil. Biz hələ heç nə etməmişik.
- Taktikada müəyyən dəyişikliklər gözlənilir. Əsas komanda ruhudu. “Neftçi” üzərində qələbədən sonra eyforiyaya qapılmaq lazım deyil. Biz hələ heç nə etməmişik.
- “Qəbələ”nin hədəfləri dəyişməyib?
- Komanda yenə əvvəlki hədəfləri uğrunda mübarizə aparır. Başqa cür ola da bilməz. Artıq çoxdandı Azərbaycan çempionatındayam. Ona görə də bütün rəqiblərə bələdəm. Hesab edirəm ki, “Qəbələ”nin potensialı böyükdü və birinci altılıqda uğurlu çıxış edə bilərik. Bunun üçün isə ilk növbədə orda özümüzə yer etməliyik. Yalnız bundan sonra mükafatlara iddiamızı göstərə bilərik. Biz böhrandan çıxmağa borcluyuq.