23 noyabr 2011 11:30
Azərbaycan yığması üçün Barcelona sınağı
Dekabrın 5-dən 15-ə qədər İspaniyanın Valensiya şəhərində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, Sissi Raytın çalışdırdığı komandamız hazırlıq prosesi çərçivəsində sınaq matçları da keçirəcək.
Belə ki, yığmamız “Barcelona”, “Valencia” və “Villareal” klublarının müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunu keçirəcək.
