23 noyabr 2011 11:52
Millimiz beynəlxalq turnirə dəvət aldı
2012-ci il yanvarın 4-dən 10-dək Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIV ənənəvi beynəlxalq turnir keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə 1994-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması iştirak edəcək. Qeyd edək ki, bu dəfə turnirdə 8 deyil, 12 komanda mübarizə aparacaq.
İştrakçı komandaların siyahısını diqqətinizə çatdırırıq: Azərbaycan, Rusiya, Ukrayna, Yunanıstan, İtaliya, Türkiyə, Finlandiya, Çexiya, Çin, Belarus, Latviya, Litva.
