23 noyabr 2011 00:38

Rəşad Sadiqov: Qarabağda bu baxımdan çatışmazlıqlar var

“Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadiqov Premyer Liqanın 13-cü turunun “İnter”lə oyunundan sonra (0:0) azerisport.az saytının suallarını cavablandırıb.
 
- Son üç turda “Qarabağ” sadəcə, 1 xal toplaya bilib. Nə baş verir?
- Əvvəlki iki oyundan fərqli, son qarşılaşmada məğlub olmadıq. Bu da pis nəticə sayılmamalıdı. Həqiqətən çox güclü komandaya qarşı oynayırdıq. Onlar da çempionluq uğrunda mübarizə aparırlar. Çətin olacağını öncədən də bilirdik. Rəqibin əks-hücumlarda təhlükəli olduğunu bildiyimiz üçün o qədər də açılmadıq. Xüsusilə də, birinci hissədə. Bir qədər ehtiyatlı oynayırdıq.

- İkinci hissədə nə dəyişdi?
- Qələbə qazanmaq lazım idi. Bir qədər risk etməyə başladıq. İkinci hissədə artıq bütün gücümüzlə hücuma atılmışdıq. Fərqlənmək üçün bir neçə şansımız da oldu. Amma yenə də qol vurmaq bizə nəsib olmadı.

- “Qarabağ”ın iki xal itirdiyini söyləmək olar?
- Hər iki komanda çempionluq uğrunda mübarizə aparır. Hesab edirəm ki, həm biz, həm də “İnter” bir xal qazandı. Heç də pis nəticə deyil.
 
- Amma bu tur liderlər aranızdakı xal fərqini azaltmaq üçün real şansınız var idi...
- Nə etmək olar? Bu, bayağı səslənsə də, deməliyəm ki, qarşıda hələ çoxlu oyun var. Ötən mövsüm də altılıq oyunlarına kimi pis təsir bağışlayırdıq. Fikrimcə, çempion son turlarda müəyyənləşəcək.
 
- Ötən mövsüm “Qarabağ” hücumda daha təhlükəli idi...
- Bizim futbolçumuz azdı. Bu baxımdan çatışmazlıqlarımız var. Üstəgəl, hamımızda yorğunluq da var.

- İkinci hissədə meydana çıxan futbolçulardan narazısız?
- Əlbəttə ki, yox. Uşaqlar hamısı çalışırlar. Sadəcə, ehtiyat oyunçular skamyamız qısadı. Bax buna görə də çətinlik çəkirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.