24 noyabr 2011 01:46
“Azərbaycan yığmasının AÇ-2012-də yarımfinala çıxmaq şansı var”
Azərbaycanlı UEFA nümayəndəsi, eləcə də futzal koordinatoru Asim Xudiyev yığma komandamızın gələn il Xorvatiyada keçiriləcək futzal üzrə Avropa çempionatındakı şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“AÇ-nin təqvimi artıq hazırdı. Qrupumuzun oyunlarına Portuqaliya ilə başlayacağıq. Son oyunumuz isə Serbiya ilə olacaq. Növbəti mərhələyə iki komanda çıxacaq. Onlar da böyük ehtimalla Rusiya və İtaliya ilə üz-üzə gələcəklər. Əlbəttə, 1/4 finalda belə güclü rəqiblərlə qarşılaşmaq çox ağır olacaq. Əgər, qrupda birinci yeri tutsaq, böyük ehtimalla İtaliya ilə qarşılaşacağıq. Şanslarımızı real qiymətləndirsək, deyə bilərik ki, ötən ilki uğurumuzu təkrarlaya bilərik. Yəni Avropa çempionatının yarımfinalına çıxmaq şansımız var”.