24 noyabr 2011 01:50
ÇL oyunu döyüş meydanına döndü (FOTO)
UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən "Zenit" (Rusiya) - APOEL (Kipr) oyununda qalmaqal baş verib. Azerisport.az xəbər verir ki, Rusiya klubunun azarkeşləri oyunun gedişinə mane olub.
Belə ki, qarşılaşmanın ilk yarısında fanatlar yandırdıqları tüstülü məşəli meydana atıblar. Bu səbəbdən oyun bir müddət dayanıb və hakim ilk hissəyə 4 dəqiqə əlavə etməli olub.
İkinci yarıda da sakitləşməyən "Zenit" fanatları yenə meydana yad əşyalar atıb. Bu zaman oyun bir müddət dayanıb. Bu dəfə fanatları "Zenit"in futbolçuları və texniki heyət işçiləri sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, oyun 0:0 hesabı ilə başa çatıb.
