24 noyabr 2011 02:00
Azərbaycan üçün DÇ-2014-ə sentyabrın 7-də başlamaq şansı
Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsində keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, yığmamız 2012-ci ildə ilk görüşünə sentyabrın 7-də çıxa bilər.
Dörd gün sonra sentyabrın - 11-də növbəti matçına çıxmaq imkanına malik olacaq millimiz oktyabr ayında da iki oyun keçirə bilər. Oktyabrın 12-si və 16-da növbəti seçmə mərhələ oyunlarını keçirmək şansımız olacaq. Bununla da 2012-ci ildəki çıxışını başa vuracaq.
Milli komandamız 2013-cü ildə isə növbəti oyunlarını martın 22 və 26-sı, iyunun 7 və 11-i, sentyabrın 6 və 10-u, nəhayət oktyabrın 11 və 15-də keçirə biləcək.
Qeyd edək ki, F qrupunda qərarlaşan Azərbaycan millisi Portuqaliya, Rusiya, İsrail, Şimali İrlandiya və Lüksemburq yığmaları ilə mübarizə aparacaq. Seçmə mərhələdəki oyunların təqviminə isə sabah aydınlıq gələcək.
