24 noyabr 2011 16:48
Azərbaycanlı Avroliqa oyununda
UEFA AFFA rəsmisi Orxan Hüseynzadəyə növbəti təyinat göndərib. Azerisport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının qrup oyununa təyinat alıb.
Bu haqda AFFA-nın rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Avroliqanın B qrupunda noyabrın 30-da, Ukraynanın Poltava şəhərindəki “Vorskla” stadionunda keçiriləcək “Vorskla” (Ukrayna) – “Copenhagen” (Danimarka) oyununun UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.
