24 noyabr 2011 17:45
Bakıda keçiriləcək DÇ-nin maskotu yeni sərgidə (FOTOREPORTAJ)
Noyabrın 23-də Bakı Sərgi Mərkəzində "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılıb. Azerisport.az xəbər verir ki, sərgidə FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin ekspozisiyası da quraşdırılıb. Burada dünya çempionatı barədə ətraflı məlumat verilir, həmçinin turnirin maskotu nümayiş etdirilir.
