24 noyabr 2011 18:35
“Azərbaycanda Neftçidən sonra ən yaxşı komanda Qarabağdı”
“Neftçi”nin yarımmüdafiəçisi Slavço Georgiyevki azerisport.az saytına müsahibəsində Premyer Liqanın 13-cü turunun “Qəbələ”yə məğlubiyyətindən, eləcə də qarşıdakı “Qarabağ”la oyunundan danışıb.
- “Neftçi” “Qarabağ”la oyuna hazırdımı?
- Bu, xüsusi derbi olacaq. “Qarabağ”la “Neftçi” arasındakı matçlar həmişə maraqlı və vacib olub. “Qarabağ” həmişə baxımlı, hücum futbolu oynayır. Onların oyunu mənim çox xoşuma gəlir. Son dəqiqəyə kimi hücum edirlər. Hətta 0:2 məğlub olduğu oyunda da sona kimi hücumlarını davam etdirir. Buna görə də Quzanlıdakı azarkeşlər əsl futbol görəcəklər. Çünki hər iki komanda açıq futbol sərgiləyəcək.

- Quzanlıda oynamaq sizin üçün problem deyil ki?
- Biz ağdamlı azarkeşlərə hörmətlə yanaşırıq. Quzanlıda oynamaq bizə də maraqlıdı. “Qarabağ”la oyunumuzun harda keçirilməsinin heç bir önəmi yoxdu. Əsas qələbədi. Biz də buna nail olmaq istəyirik. “Qarabağ”ın azarkeşlərinin gözü qarşısında oynamaq da həmişə xoşdu. Fikrimcə, bu oyun növbəti turun ən maraqlı görüşü olacaq. Həm də ona görə ki, rəqibə də 3 xal qazanmaq çox vacibdi. Daha az səhv buraxan komanda qalib gələcək.

- “Qarabağ” haqda nə deyərdiz?
- Mən həmişə demişəm ki, “Qarabağ” Azərbaycanda “Neftçi”dən sonra ən yaxşı komandadı. Onlar heç vaxt heç nədən qorxmurlar və ancaq hücum futbolu oynayırlar. Mənim ağdamlıların baş məşqçisi Qurban Qurbanova belə kollektiv yaratdığına görə böyük simpatiyam var. Belə klubu yenmək həmişə xoşdu. Əlbəttə, biz hələ heç nə etməmişik. Amma Qəbələdəki məğlubiyyəti unutdurmaq üçün hər şeyi edəcəyik. Bu komandada Rəşad Sadıqov ən yaxşılardandı. Rəşad Sadiqov, Rauf Əliyev, Əfran İsmayılov, Georgi Adamiya, Ansi Aqolli də yaxşı oynayır. Bu oyun “Qəbələ” ilə görüşdən daha çətin olacaq.
- “Qəbələ”yə məğlubiyyətinizə nə səbəb oldu?
- Deməzdim ki, pis oynadıq. “Neftçi” həmin oyunda da güclüydü. Bizim çoxlu qol epizodlarımız vardı. “Qəbələ” qapımıza bircə zərbə endirdi, o da qol oldu. Həmin oyunda rəqibimiz ancaq müdafiə olunurdu. Qarşıda cəmi 3 hücumçusu var idi, qalanları hamısı müdafiədəydi.

- Sizcə, Fərid Quliyev penaltini vura bilsəydi, hər şey fərqli ola bilərdi?
- Penalti barədə ümumiyyətlə danışmaq istəmirəm. Penalti – lotereyadı. Onun necə nəticələnəcəyini heç kim bilmir. Şanslar əllinin əliyədi. Hətta böyük futbolçular da penaltini qaçırırlar. O anda da Fərid vurmaq istədi, amma alınmadı. Mənə də təklif etsəydilər, imtina etməzdim.

- “Qəbələ”yə məğlubiyyət “Xəzər Lənkəran”ın xal itkisinə rəğmən sizdən aralanmasına şərait yaratdı...
- Əsas çempionatın sonunda lider olmaqdı. İki xal elə də böyük fərq deyil. Biz sadəcə “Xəzər Lənkəran”la maraqlanmırıq. Qoy onlar da öz oyunlarını oynasınlar. Biz “Qarabağ”ı yenmək istəyirik. Sonra isə digər oyunlar barədə düşünəcəyik. “Xəzər Lənkəran” haqda zamanı gələndə danışacağıq.