24 noyabr 2011 19:09
Qəbələ Mahir Şükürova qadağa qoydu
“Qəbələ” rəhbərliyi Mahir Şükürova qadağa qoyub. Azerisport.az xəbər verir ki, millimizin də şərəfini qoruyan müdafiəçiyə mətbuata müsahibə vermək qadağan edilib.
Buna səbəb isə sözügedən futbolçunun üzləşdiy dopinq qalmaqalıdı. Məlum olduğu kimi, UEFA bu üzdən Şükürova həm yığmada, həm də “Qəbələ”də rəsmi oyuna çıxmağı qadağan edib.
Qəbələ klubu da hazırda məhz UEFA-nın verəcəyi yekun qərarı gözləyir. Güman ki, Mahirə də bu müddət ərzində mətbuata ünsiyyətə icazə verilməyəcək.
