24 noyabr 2011 19:16
Qurban Qurbanov Qvardiola ilə görüşəcək
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun İspaniyaya nə vaxt gedəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun gənc çalışdırıcısının sözügedən ölkəyə səfəri gələn ilin yanvar ayında baş tutacaq.
Qeyd edək ki, bu səfər zamanı Qurbanov “Barcelona”nın bazasına da baş çəkəcək. Burda onun Kataloniya təmsilçisinin baş məşqçisi Xosep Qvardiola ilə görüşü də gözlənilir.
“Qarabağ”ın çalışdırıcısı Kataloniyada olduğu təcrübə zamanı “Barsa”nın La Liqadakı bir neçə matçını izləyəcək. Səfər yanvarın ikinci yarısında başa çatacaq.
