24 noyabr 2011 19:54
Azərbaycan millisində daha bir braziliyalı
Futzal üzrə Azərbaycan yığmasının sıralarına daha bir braziliyalı futbolçu qoşulur. Azerisport.az xəbər verir ki, Maşado Nilson, Tyaqo, Felipe və Serjaonun ardınca Jadder Dantas da millimizin şərəfini qoruyacaq.
Belə ki, sözügedən oyunçunun yaxın zamanda Azərbaycan pasportu alacağı bildirilir. Belədə, Dantasın yığmamızda çıxışında da problem yaranmayacaq.
Qeyd edək ki, o, “Araz”ın yeni oyunçularındandı. Jadder artıq Naxçıvan klubuyla bu günlərdə UEFA kubokunun elit raundunda da çıxış edib.
