25 noyabr 2011 00:03

Növbəti Azərbaycan derbisi və ya gərgin şənbə

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçiriləcək.
 
“Qərb derbisi”ndə “Kəpəz” autsayder “Turan”ı qəbul edəcək. 8 tur qələbə qazana bilməyən “Kəpəz” əzəli rəqibi “Turan”ı məğlub etməklə “uğursuz zolaq”dan çıxmağa çalışacaq. Ötən tur AZAL-a məğlub olan Gəncə təmsilçisi 12 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb. “Kəpəz”dən iki xal geridə qalan “Turan” isə turnir cədvəlinin on birincisidi. Hər iki komanda çempionatın ən etibarsız müdafiə xəttinə sahibdirlər. “Kəpəz”in aktivində 16, passivində 22 qol, “Turan”ın isə aktivində 8, passivində 20 qol var. Birinci dövrənin 2-ci turunda bu komandalar arasında Tovuzda keçirilmiş oyunda “Turan” 3:1 hesabı ilə qalib gəlmişdi.
 
Ötən tur “Sumqayıt Şəhər” üzərində qələbə qazanaraq turnir cədvəlinin səkkizinci pilləsinə yüksələn “Simurq” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı qəbul edəcək. Bu komandalar arasında birinci dövrənin 9-cu turunda Lənkəranda keçirilmiş oyun hər iki komandanın əzmkar mübarizəsi şəraitində keçsə də, cənub təmsilçisi minimal hesabla qələbə qazanan tərəf olmuşdu. “Simurq” həmin oyunun revanşını almaq üçün qalib gəlməyə çalışacaq. Ötən tur doğma azarkeşləri önündə “Rəvan” ilə heç-heçə edən “Xəzər Lənkəran” liderliyini təhlükə altına atmışdı. Belə ki, “Neftçi” səfərdə “Qəbələ” üzərində qələbə qazana bilsəydi, zirvənin sahibi ola bilərdi. Lakin hər şey lənkəranlılar üçün yaxşı başa çatdı. “Neftçi” məğlub oldu və “Xəzər Lənkəran” zirvədə qaldı. Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyətində yarımmüdafiəçi Adrian Pit cəzalı olduğundan “Simurq”a qarşı forma geyinə bilməyəcək.
 
“Rəvan” bu tur Autsayder “Sumqayıt Şəhər”in qonağı olacaq. Çempionatın debütantları nümayiş etdirdikləri oyun ilə bir-birindən kəskin fərqlənirlər. Turnir cədvəlinin son pilləsində qərarlaşan “Sumqayıt Şəhər”ə nisbətdə “Rəvan”ın vəziyyətini daha yaxşı hesab etmək olar. Paytaxt təmsilçisi hazırda 15 xalla turnir cədvəlinin doqquzuncusudur. Bu komandalar arasında birinci dövrənin 6-cı turunda paytaxtda keçirilmiş oyunda qolsuz heç-heçə qeydə alınmışdı. “Sumqayıt Şəhər” on birinci pillənin sahibi “Turan”dan cəmi bir xal geri qalır. Sumqayıt təmsilçisi doğma azarkeşləri önündə qələbə qazana bilsə, turnir cədvəlində irəliləyə də bilər.
 
Turun ən maraqlı qarşılaşmaları şənbə günü keçiriləcək. Turnir cədvəlinin yuxarı pillələrində münasibətlərə aydınlıq gətirilməsi baxımından “Bakı” - “Qəbələ”, “Qarabağ” – “Neftçi” və “İnter” – AZAL qarşılaşmaları çox önəmlidi.
 
Ötən tur doğma azarkeşləri önündə minimal hesabla “Neftçi”ni məğlub etməklə düşdüyü “uğursuzluq zolağı”ndan çıxan “Qəbələ” “Bakı”nın qonağı olacaq. Hər iki komanda qələbə qazanmaqla yanaşı, ən azı məğlub olmamağa çalışacaq. Çünki, məğlubiyyət hər bir komanda üçün liderlər qrupundan bir qədər də uzaqlaşmaqla nəticələnə bilər. “Qəbələ” 18 xalla turnir cədvəlinin altıncı pilləsində qərarlaşdığı halda, “Bakı” 22 xalla dördüncüdü. Cari mövsümün əvvəlində “Bakı” rəqib qapılarına yol tapmaqda çətinlik çəkirdisə, hazırda paytaxt təmsilçisi çempionatın ən məhsulda hücum xəttlərindən birinə sahibdir. Xatırladaq ki, I turda Qəbələdə keçirilən qarşılaşmada qolsuz heç-heçə qeydə alınmışdı.
 
Ötən tur səfərdə “Qəbələ”yə məğlub olan “Neftçi” zirvəyə yüksəlmək şansını qaçırmaqla yanaşı, turnir cədvəlinin üçüncü pilləsinə gerilədi. Böyükağa Hacıyevin komandası “Qarabağ”la qarşılaşmada da xal itirsə, liderdən bir qədər də uzaqlaşa bilər. Bu komandalar arasında 1-ci turun oyunları çərçivəsində keçirilən oyunda paytaxt təmsilçisi 3:2 hesabı ilə qalib gəlmişdi. Özü də həmin qarşılaşma çox dramatik alınmışdı. Belə ki, ağdamlılar ilk yarıda iki qol vursalar da, sonradan 3 top buraxmaqla məğlub olmuşdular. Qeyd edək ki, “Neftçi”nin heyətində Rəşad Abdullayev cəzalı olduğundan “Qarabağ”a qarşı forma geyinə bilməyəcək.
 
Premyer Liqanın 14-cü turuna “İnter” – AZAL qarşılaşması ilə yekun vurulacaq. AZAL ötən tur doğma azarkeşləri önündə “Kəpəz”i məğlub etməklə turnir cədvəlinin yeddinci pilləsinə yüksəldi. Ötən tur “Neftçi” və “Xəzər Lənkəran”ın xal itirməsindən yararlanıb zirvəyə şərik olmağa çalışan “İnter” bu arzusuna çatmasa da, ikinciliyə yüksəldi. “Bankirlər” ən azı liderlər qrupundakı mövqeyini qorumaq üçün qələbə qazanmağa çalışacaqlar. “İnter” “altılıq” komandaları arasında ən az qol vuran komanda olsa da, Kaxaber Tsxadadzenin komandası çempionatın ən etibarlı müdafiə xəttinə sahibdir. “İnter”in aktivində 11, passivində isə 7 qol var.
 
Premyer Liqa
14-cü tur
25 noyabr (cümə)
 
Sumqayıt Şəhər - Rəvan
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, İsgəndər Əliyev, Anar Göyçayski.
AFFA nümayəndələri: Ramiz Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 14:00.
 
Kəpəz - Turan
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, İlham Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndələri: Əliyar Xanəliyev.
Hakim-inspektor: Fazil Mürşüdov.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
 
Simurq - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Zeynal Zeynalov, Teymur Fərhadov.
AFFA nümayəndələri: Eldar Qasımov.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala. Şəhər stadionu. Saat 16:00.
 
26 noyabr (şənbə)
 
Bakı - Qəbələ
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
AFFA nümayəndələri: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu. Saat 13:30.
 
Qarabağ - Neftçi
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov.
AFFA nümayəndələri: Şaiq Həmidov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu. Saat 14:00.
 
İnter - AZAL
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov.
AFFA nümayəndələri: Maşallah Əhmədov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Bakı. "Şəfa" stadionu. Saat 18:00.
 
 
1
Xəzər Lənkəran
13
8
3
2
18-13
27
2
İnter
13
7
4
2
11-7
25
3
Neftçi
13
8
1
4
21-10
25
4
Bakı
13
6
4
3
20-11
22
5
Qarabağ
13
6
3
4
16-12
21
6
Qəbələ
13
5
3
5
13-16
18
7
AZAL
13
4
4
5
17-16
16
8
Simurq
13
4
3
6
11-13
15
9
Rəvan
13
3
6
4
16-17
15
10
Kəpəz
13
3
3
7
16-22
12
11
Turan
13
3
1
9
8-20
10
12
Sumqayıt Şəhər
13
2
3
8
7-17
9
 
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan), Uinston Parks (Bakı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.