25 noyabr 2011 17:50
SŞ Rəvana uduzdu, Turan Kəpəzdən xal aldı, XL üçün şok (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma keçirilib.
“Qərb derbisi”ndə “Kəpəz” autsayder “Turan”ı qəbul edib və tərəflər hərəyə 1 qolla 1 xala sahib çıxıblar. Ötən tur “Sumqayıt Şəhər” üzərində qələbə qazanaraq turnir cədvəlinin səkkizinci pilləsinə yüksələn “Simurq” doğma azarkeşləri önündə “Xəzər Lənkəran”ı qəbul edib və qonaqlara əsl şok yaşadıb. “Rəvan” isə autsayder “Sumqayıt Şəhər”in qonağı olub və minimal hesabla qələbə qazanıb.
Premyer Liqa
14-cü tur
25 noyabr (cümə)
SİMURQ - XƏZƏR LƏNKƏRAN - 2:2 (0:2)
Qollar: K.Doman, 22 (0:1), A.Semedo, 42 (0:2), R.Poşkus, 66 (1:2), R.Ramaldanov, 83 (2:2)
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Zeynal Zeynalov, Teymur Fərhadov.
Zaqatala. Şəhər stadionu.
Oyun başladı
Kamran Ağayev komandasının start heyətində meydana çıxıb
1. İlk hücum meydan sahiblərindən gəldi. Genovun zərbəsi qapıdan aralı keçir
5. "Simurq" ilk dəqiqələrdən daha çox hücum edir və erkən qola ümid edir
6. Meydan sahiblərinin ilk korner cəhdi qol gətirmir
7. Elnur Allahverdiyev Poşkusa qarşı təhlükəli nöqtədə qaydanı pozur. Poşkusun özünün yerinə yetirdiyi cərimə zərbəsi canlı səddən qayıdır
12. Katalin Domanın qapı qarşısına göndərdiyi cərimə zərbəsi uğursuz alınır
13. Domanın qapıya zərbəsi dəqiq alınmır
15. XL artıq oyunda tarazlıq yaratmağa çalışır
17. Yevgeni Şmakov çox ideal mövqedə olsa da, topu düz Kamranın üstünə vurdu
19. Qonaqların ilk korneri zamanı Adnan Hodziç topa sahib olur
19. Genovun uzaqdan zərbəsini Ağayev tutur
20. Meydan sahiblərinin çox təhlükəli hücumunu Poşkus dəqiq zərbəylə tamamlaya bilmir
22. Qonaqların çox təhlükəli əks-hücumunu Doman dəqiq zərbəylə tamamlayır - 0:1
27. Genovun zərbəsi Kamranda qalır
32. Rahid Əmirquliyev əllə oyuna görə sarı vərəqə alır
35. Poşkusun zərbəsini Kamran tutur
36. Tofiq Mikayılovun zərbəsi qapıdan aralı keçir
36. Eder Bonfim sarı vərəqə alır
39. Katalin Doman da sarı vərəqə alan futbolçuların sırasına qoşulur
42. Semedo korner zamanı müdafiəçilərin kobud səhvindən sonra ikinci qolu vurur - 0:2
45. Birinci hissəyə 1 dəqiqə əlavə olunur
İlk yarı başa çatdı
İkinci hissə başladı
46. Doman qapıçı ilə üz-üzə qalsa da, onun dublunu rəsmiləşdirməsinə qapıçı mane olur
47. Korner zamanı meydan sahibləri sayıq oynayıb topu uzaqlaşdırırlar
52. Alunderis də sarı vərəqə alan futbolçuların sırasına qoşulur
60. "Simurq"un cəhdlərinin qarşısını alan XL top saxlamağa çalışır
61. Tofiq Mikayılovun əvəzində meydana Kristap Qrebis daxil olur
65. XL-da Mario Rosası Elnur Abdullayev əvəzləyir
66. Robertas Poşkus uzaq məsafədən cərimə zərbəsini çox möhtəşəm qolla tamamlayır - 1:2
68. A.Rubinin əvəzində meydana Əli Bağırov çıxır
70. Poşkusun daha bir təhlükəli cərimə zərbəsi qapıdan aralı keçir
77. Qrebis boş qapını dəqiq nişan ala bilmir. İnanılmaz epizod idi!
80. Doman ikinci sarı vərəqəni alaraq meydandan qovulur. Gərəksiz yerə sarı vərəqə aldı
82. Poşkusu Ruhid Usubov əvəzləyir
83. Künc zərbəsi zamanı Rasim Ramaldanov akrobatik tullanışla bərabərlik qolunu vurur - 2:2
84. Subaşiçi Habil Nurəhmədov əvəzləyir
89. Meydana sonradan girən Elnur Abdullayevi Zahid Quliyev əvəzlədi
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. XL-lı futbolçu təhlükəli yerdə əllə oynayır. Cərimə zərbəsini Genov yerinə yetirsə də, komandasına yalnız korner qazandırır
90+2. Künc zərbəsi bəhrəsizdi
90+4. Genovun uzaqdan zərbəsini Kamran kornerə çıxarır
90+4. Meydan sahiblərinin növbəti korneri zamanı Ağayev komandasını qoldan xilas edir
Matç başa şatdı
SUMQAYIT ŞƏHƏR - RƏVAN - 0:1 (0:1)
Qol: Şeriff Suma, 18 (0:1)
Hakimlər: Vüsal Əliyev, Aleksandr Musatkin, İsgəndər Əliyev, Anar Göyçayski.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Oyun başladı
Oyun hələ ki, meydanın mərkəzində keçir
Meydan sahibləri hücum qurmağa çalışsa da, rəqib yaxşı müdafiə olunur
"Rəvan" ilk dəqiqələrdən əks-hücum taktikası seçib
Şeriff Suma meydan sahiblərini cəzalandırır - 0:1
"Rəvan" çox inamlı təsir bağışlayır
Sumanın ikinci qol vurmaq cəhdi alınmır
Orxan Əliyev hesabı bərabərləşdirmək üçün yaxşı şansa malik olsa da, yararlana bilmir
Emin Mustafayev də topu düz qapıçının üstünə vurmaqla yadda qalır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
SŞ fasilədən dərhal sonra hücuma atılıb və hesabı bərabərləşdirmək istəyir
Sumanın baş zərbəsi qapıdan aralı keçir
Oyuna SŞ nəzarət etsə də, qol vurmaq istəyi heç cür alınmır
Cəlilovun zərbəsini Popoviç dəf edir
Həsənov hesabı bərabərləşdirməyə yaxın olsa da, qonaqların qapıçısı yerindədi
SŞ bütün komandayla hücuma atılsa da, "Rəvan" inamla müdafiə olunur
Seymur Tağıyev son dəqiqələrdə meydan sahiblərini şoka salır - 1:1
Matç başa çatdı
KƏPƏZ - TURAN - 1:1 (1:0)
Qol: Junivan Suares, 26 (1:0), Seymur Tağıyev, 90 (1:1).
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, İlham Əliyev, Ramil Əhmədov.
Gəncə. Şəhər stadionu.
Oyun başladı
"Kəpəz" ilk dəqiqələrdən topa nəzarəti ələ keçirib və hücumlar qurmağa çalışır
Fomenkonun təhlükəli zərbəsi qapıdan azca aralı keçir
Fomenko çox ciddi zədə alır və Mirbağır İsayev onu Junivan Suareslə əvəzləmək məcburiyyətində qalır
"Turan" demək olar ki, hücum qura bilmir
Junivan Suaresin Fomenkonu əvəzləməsi düşərli olur və braziliyalı hesabı açır - 1:0
Junivanın növbəti qol cəhdi bəhrəsiz qalır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
"Kəpəz" növbəti qolu vurmağa çalışır
Parxaçovun zərbəsi qapının üstündən keçir
Suaresin də zərbəsi dəqiq alınmır
"Kəpəz" rəqibi topsuz saxlamağa çalışır
Parxaçovun daha bir zərbəsi qeyri-dəqiqdi
"Turan" qətiyyən hücum qura bilmir
Seymur Tağıyev son dəqiqələrdə meydan sahiblərini şoka salır - 1:1
Xatırladaq ki, ilk dövrədə "Turan" 3:1 hesabıyla qələbə qazanmışdı
Matç başa çatdı
Turun qalan görüşləri sabah keçiriləcək: Bakı - Qəbələ, Qarabağ – Neftçi, İnter - AZAL.
|
1
|
Xəzər Lənkəran
|
14
|
8
|
4
|
2
|
20-15
|
28
|
|
2
|
İnter
|
13
|
7
|
4
|
2
|
11-7
|
25
|
|
3
|
Neftçi
|
13
|
8
|
1
|
4
|
21-10
|
25
|
|
4
|
Bakı
|
13
|
6
|
4
|
3
|
20-11
|
22
|
|
5
|
Qarabağ
|
13
|
6
|
3
|
4
|
16-12
|
21
|
|
6
|
Rəvan
|
14
|
4
|
6
|
4
|
17-17
|
18
|
|
7
|
Qəbələ
|
13
|
5
|
3
|
5
|
13-16
|
18
|
|
8
|
AZAL
|
13
|
4
|
4
|
5
|
17-16
|
16
|
|
9
|
Simurq
|
14
|
4
|
4
|
6
|
13-15
|
16
|
|
10
|
Kəpəz
|
14
|
3
|
4
|
7
|
17-23
|
13
|
|
11
|
Turan
|
14
|
3
|
2
|
9
|
9-21
|
11
|
|
12
|
Sumqayıt Şəhər
|
14
|
2
|
3
|
9
|
7-18
|
9
|
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi)
5 - Sergey Artyux (Turan), Uinston Parks (Bakı)
