26 noyabr 2011 19:49

İnter də büdrədi, Neftçi Qarabağı yenib, lider oldu (YENİLƏNİB)

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, turun son oyun günündə də üç qarşılaşma baş tutub.
 
Qeyd edək ki, turun ən maraqlı qarşılaşmaları məhz bu gün keçirilirdi. Ötən tur doğma azarkeşləri önündə minimal hesabla “Neftçi”ni məğlub etməklə düşdüyü “uğursuzluq zolağı”ndan çıxan “Qəbələ” “Bakı”nın qonağı idi. Amma Fatih Kavlakın komandası bu dəfə məğlubiyyətlə üzləşib. Son oyununda “Qəbələ”yə məğlub olan “Neftçi” isə “Qarabağ”la qarşılaşmada çətin qələbəyə sevinib. Premyer Liqanın 14-cü turuna “İnter” – AZAL qarşılaşması ilə yekun vurulub. Tərəflər meydandan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
 
Premyer Liqa
14-cü tur
26 noyabr (şənbə)
 
İNTER - AZAL - 1:1 (0:1)
Qollar: Tales Şutz, 10 (0:1), S.Zərgərov, 54 (1:1).
Hakimlər: Rövşən Əhmədov, Elşən Acalov, Mübariz Haşımov, Rauf Cabbarov.
Bakı. "Şəfa" stadionu.
 
Oyun başladı
2. Z.Benauhinin ötürməsindən sonra T.Şutzun aşırma zərbəsi dəqiq olmur
4. E.Abdulovun asmasından sonra C.Həsənzadə topa sahib olur
8. AZAL küncdən zərbə qazanır.Z.Benauhinin asmasını B.Çervenko cərimə meydançasından uzaqlaşdırır
10. Z.Benahuinin cərimə zərbəsindən asmasından sonra T.Şutz hesabı açır - 0:1
12. V.Levinin asmasını B.Arsenyeviç cərimə meydançasından uzaqlaşdırır
15. AZAL küncdən zərbə qazanır. Asma... müdafiəçilər topu cərimə meydançasından uzaqlaşdırırlar
23. AZAL cərimə zərbəsi yerinə yetirir. Qapı qarşısına asmanı G.Lomaya zərərsizləşdirir
25. AZAL-ın əks hücumunun qarşısını P.Xrappan alır
28. Rövşən Əhmədov AZAL-ın ehtiyyat oyunçular skamyasında əyləşən futbolçuya sarı vərəqə göstərir
31. N.Hacıyev də sarı vərəqə ilə cəzalanır
33. "İnter" cərimə zərbəsi qazanır. N.Hacıyevin zərbəsi canlı səddə tuş gəlir
36. İ.Nassenin ara ötürməsindən sonra N.Hacıyev oyundan kənar vəziyyətə düşür
37. "İnter"də oyunçu dəyişikliyi: E.Abdulovun əvəzində meydana S.Zərgərov daxil olur
39. T.Şutz kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
40. AZAL cərimə zərbəsi qazanır. Qapı qarşısına asmanı V.Abramidze uzaqlaşdırır
41. N.Kvirtiya kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
44. "İnter"in daha bir hücumu nəticəsiz qalır
45. "İnter" cərimə zərbəsi qazanır. N.Hacıyevin asmasını C.Həsənzadə yumuruqları ilə uzaqlaşdırır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. S.Zərgərovun zərbəsi qapının yanından keçir
49. Z.Benauhinin aşırma zərbəsini G.Lomaya tutur
50. AZAL künc zərbəsi qazanır. Z.Benauhinin asması, B.Çervenko topu başla cərimə meydançasından uzaqlaşdırır
54. N.Hacıyevin cərimə meydançasına ötürməsindən sonra S.Zərgərov hesabı bərabərləşdirir - 1:1
57. S.Zərgərovun qapı qarşısına ötürməsi qeyri-dəqiq alınır
58. Z.Benauhi kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
59. A.Daşdəmirovun asmasından sonra S.Zərgərov qapıya zərbə endirir. Lakin C.Həsənzadə komandasını qoldan xilas edir
61. U.Nduka kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
62. İ.Kandelakinin cinahdan ötürməsini R.Petrov qapı qarşısından uzaqlaşdırır
64. A.Daşdəmirovun qapı qarşısına ötürməsindən sonra B.Tsxadadze qapıya zərbə endirir. C.Həsənzadə yerindədi
65. İ.Niassenin uzaqdan zərbəsi qapıdan aralı keçir
66. İ.Kandelaki kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
69. N.Hacıyevin zərbəsini C.Həzənzadə kornerə çıxarır
71. AZAL-da oyunçu dəyişikliyi: E.Məmmədovun əvəzinə meydana H.Axundov daxil olur
72. R.Petrov kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
73. AZAL-da oyunçu dəyişikliyi: Z.Benauhinin əvəzinə meydana G.Boqyu daxil olur
78. İ.Niassenin zərbəsini C.Həsənzadə dəf edir
79. "İnter"də oyunçu dəyişikliyi: B.Tsxadadzenin əvəzinə meydana E.Krastovçev daxil olur
83. T.Şutzun zərbəsini G.Lomaya dəf edir
87. E.Krastovçevin ara ötürməsinə İ.Niasse çata bilmir
89. "İnter"də oyunçu dəyişikliyi: İ.Niassenin əvəzinə meydana A.Mirili daxil olur
90. Oyunun əsas vaxtına üç dəqiqə əlavə olunur
 
 
BAKI – QƏBƏLƏ - 2:1 (2:0)
Qollar: D.Çesnauski, 17 (1:0), U.Parks, 28 (2:0), Cehua, 89-pen (2:1)
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Namiq Hüseynov, İnqilab Məmmədov.
Bakı. "Bakı" FK-nın təlim-məşq bazasının stadionu.
 
Oyun başladı
3. Matçın ilk dəqiqələri hələlik meydanın mərkəzində keçir
5. Cehua az qala Şarliyanın kobud səhvini qola çevirəcəkdi. Son anda meydan sahiblərinin müdafiəçiləri təhlükəni sovuşdurur
10. "Bakı"nın ilk təhlükəli hücumu: Çesnauskinin sağ cinahdan asmasını Xavyer Junior başla tamamlasa da, top azacıq qapıdan yan keçir
15. Juniordan daha bir baş zərbəsi...bu dəfə çox qeyri-dəqiq alınır
16. Viktor Mendi sarı vərəqə ilə cəzalandırılır
17. Parksın əla ötürməsini Çesnauski bir toxunuşla tora qovuşdurur - 1:0
20. Elvin Əliyev də sarı vərəqə alır
25. Oyunun tempi o qədər də yüksək deyil. "Qəbələ" hücum qurmaqda çətinlik çəkir, bakılılar isə əks-hücumlara ümid bəsləyirlər
27. "Qəbələ" qol vurmağa yaxın olsa da, Şarliya komandasını qoldan xila edir
28. Parks bu dəfə özü rəqib qapısına yol tapır - 2:0
35. Nuran Qurbanov simulyasiyaya görə sarı vərəqə alır
39. Stiv Olfers zədələndiyi üçün yerini Lyubo Baraninə verir
40. Şoliç çox real qol vəziyyətini boşa verir
41. Vurğun Hüseynov sarı vərəqə alır
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
45+1. Elvin Məmmədov ardıcıl iki real qol şansından yararlana bilmir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. "Qəbələ" çox əlverişli qol epizodundan yararlana bilmir
52. Qonaqların künc zərbəsindən fərqlənmək istəyi də alınmır
53. Şoliç qapıçı ilə üz-üzə qalsa da, zərbəsi qapıdan azacıq aralı keçir
57. Çesnauskinin zərbəsini Doroşev kornerə çıxarır
58. "Bakı"nın ardıcıl üç künc zərbəsi bəhrəsiz qalır
60. Nuran Qurbanovu Yaşar Abuzərov əvəzləyir
61. "Qəbələ" ardıcıl üç künc zərbəsi yerinə yetirsə də, qol gətirmir. Sonuncuda Cəmşid topu xətdən çıxarır
63. İvanov az qala qonaqları avtoqolla sevindirəcəkdi
64. Çertoqanovun zərbəsini Şarliya dəf edir
65. "Qəbələ" ikinci hissəyə çox yaxşı başlayıb
70. "Bakı" sadəcə əks-hücumlara bel bağlayır
71. Qonaqlar daha bir korneri uğursuz yerinə yetirirlər
73. Yenə "Qəbələ", yenə korner, yenə qolsuz...
76. Şarliya qonaqların qola sevinməsinə imkan vermir
81. Mendinin əvəzində meydana Arif İsayev çıxır
85. Uinston Parksı Jaba əvəzləyir
88. Elçin Məmmədov "Bakı"nın qapısına penalti təyin edir: Şəhriyar Əliyev Dodonu yıxdığı üçün
89. Cehua penaltini qola çevirir - 2:1
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+2. Şoliçin əvəzində meydana Vadim Boret çıxır
Matç başa çatdı
 
 
QARABAĞ - NEFTÇİ - 1:2 (0:1)
Qol: Ruslan Abışov, 9 (0:1), Ə.İsmayılov, 65 (1:1), Flavinyo, 88 (1:2)
Hakimlər: Anar Salmanov, Elman Musayev, Rahil Ramazanov, Rəhim Həsənov.
Quzanlı. Olimpiya İdman Kompleksinin stadionu.
 
Oyun başladı
5. "Qarabağ"ın hücumu zamanı öncə Əfranın, daha sonra Raufun qapıya doğru zərbəsini qapıçı dəf edir
9. Ruslan Abışov Bahodir Nasimovun ötürməsindən sonra topu uzaq küncə göndərir  - 0:1
10. "Qarabağ"ın hücumu zamanı Rail Məlikov topu uzaqlaşdırır
13. Qonaqlar daha bir qol vura bilərdi. Lakin Nasimovun zərbəsindən sonra qapıçı topu çətinliklə çıxarır
15. Oyun daha çox meydanın mərkəzində gedir
18. Əfranın qapıya doğru zərbəsi, lakin müdafiəçilər topu uzaqlaşdırır
22. Nadirovun uzaqdan zərbəsi komandasına korner qazandırır
23. Ağdamlıların kornerdən hesabı bərabərləşdirmək cəhdi uğursuz alınır
26. "Neftçi" cərimə zərbəsini yerinə yetirir, Pavloviç topu tutur
30. Qonaqların müdafiə xətti çox inamlı təsir bağışlayır
35. "Qarabağ"ın əks hücumu zamanı Əfranın Raufa ötürməsi sürətli olur
40. Alessandronun kobud səhvindən sonra Əfran demək olar ki, boş qapını nişan ala bilmir
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədən sonra meydana Cavid İmamverdiyevin əvəzinə Cavid Hüseynov çıxır
52. Qonaqların kornerdən fərqlənmək cəhdi uğursuzdu
54. Cavid Hüseynovun yaxın məsafədən zərbəsini qapıçı tutur
55. Vüqar Nadirovun əvəzində meydana Roşa çıxır 
56. Qara Qarayevi İlqar Qurbanov əvəzləyir
59. Roşa künc zərbəsini yerinə yetirir, lakin qapıçı topu dəf edir
63. Roşa sürətlə irəliləyir, onun Adamiyaya ötürməsi, lakin Adamiya topa çatmır
65. Əfran dəqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
67. Adamiyanın zərbəsi qapının üstündən keçir
68. Meydanda futbolçular arasında gərginlik yaranır. Hakim Flavinyonu sarı vərəqə ilə cəzalandırır 
72. Qonaqların kornerdən fərqlənməsinə imkan verilmir
73. Rauf Əliyevi Bəxtiyar Soltanov əvəzləyir
77. "Neftçi" daha bir korneri uğursuz yerinə yetirir
78. Roşanın uzaqdan zərbəsini qapıçı qaytarır, ardından Əfranın çox təhlükəli zərbəsi isə azacıq qapıdan aralı keçir
82. Əfranın zərbəsi çox qeyri-dəqiq alınır
86. Roşanın çox təhlükəli zərbəsi dirəyə dəyib çölə çıxır
88. Flavinyo çox möhtəşəm qola imza atır - 1:2
90+1. Əmircanovun cərimə zərbəsi qapının üstündən keçir
90+2. Stamenkoviç komandasını çox real bir qoldan xilas edir
90+3. Nasimovu Fərid Quliyev əvəzləyir
Matç başa çatdı
 

Qeyd edək ki, turun digər oyunları ilk oyun günündə baş tutmuşdu: Sumqayıt Şəhər - Rəvan - 0:1, Kəpəz – Turan - 1:1, Simurq - Xəzər Lənkəran - 2:2.
 
 
1
Neftçi
14
9
1
4
23-11
28
2
Xəzər Lənkəran
14
8
4
2
20-15
28
3
İnter
14
7
5
2
12-8
26
4
Bakı
14
7
4
3
22-12
25
5
Qarabağ
14
6
3
5
17-14
21
6
Rəvan
14
4
6
4
17-17
18
7
Qəbələ
14
5
3
6
14-18
18
8
AZAL
14
4
5
5
18-17
17
9
Simurq
14
4
4
6
13-15
16
10
Kəpəz
14
3
4
7
17-23
13
11
Turan
14
3
2
9
9-21
11
12
Sumqayıt Şəhər
14
2
3
9
7-18
9
 
Bombardirlər:
6 - Bahodir Nasimov (Neftçi), Uinston Parks (Bakı)
5 - Sergey Artyux (Turan), Robertas Poşkus (Simurq)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.