24 noyabr 2011 11:38
Azərbaycan millisindən 4 cavabsız qol
Maltada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq matçında qüvvəsini sınayıb. Azersport.az xəbər verir ki, Sissi Raytın komandası “Hamrun Spartans” klubunun 19 və 17 yaşadək futbolçulardan ibarət komandalarının üzvlərindən təşkil olunmuş komanda ilə yoldaşlıq oyunu keçirib.
Aysun Əliyeva və Aliyə Vəliyevanın dublu sayəsində yığmamız 4:0 hesabı ilə qələbə qazanıb.
