24 noyabr 2011 11:55
Qar çempionatımızın oyununu təxirə saldı (FOTO)
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlər arasında keçirilən Azərbaycan çempionatının 14-cü turunun bir oyunu təxirə salınıb. Azerisport.az xəbər verir ki, "Sumqayıt Şəhər" - "Rəvan" oyunu əlverişsiz hava şəraiti səbəbindən baş tutmayacaq.
Məlumatı "Sumqayıt Şəhər"in rəsmi saytı yayıb. Məlumatda o da bildirilir ki, oyun 26 noyabr 2011-ci il saat 14:00 tarixinə keçirilib.
